Türkay Dergisinin Ekim 2023 Sayısı

Türkay Dergisinin Ekim 2023 SayısıTürk Dünyasının
Yeni Edebiyat Dergisi
 
Türkay Dergisinin
Ekim 2023 Sayısı
Çıktı
 
Türkay Dergisinin Ekim 2023 sayısı olan onuncu sayısı çıktı
 
Derginin bu sayısında şiirleriyle yazılarıyla yer alan isimler:
Aygün Rəhimli Akbaba, Səhər Xiyavi, Hayidə Buluki Özləm, Mərziyyə Səlahəddin, Bənövşə Mahmudqızı, Dilan Keleş, Şəbnəm Tohidi, Elmira Mahalqızı, Təranə Arifqızı, Beyhan Gözükara, Nailə Şahverdi, Sevinc Azadlı, Mahirə Nağıqızı, Eluca Atali, Rânâ İslam Değirmenci, Mələk İsmayıl.
 
Türkay aylık edebiyat dergisinin bu sayısında yer alan, Aygün Rəhimli Akbaba’nın “Qarabağ” şiirini dergiden tadımlık olarak alıntıladık. Aşağıda okuyabilirsiniz:
 
AYGÜN RƏHİMLİ AKBABA
Qarabağ
 
Ana qucağımsan, cənnət məkanım,
Ata ocağımsan, külü-cahanım.
Aldığım nəfəsim, damarda qanım,
Dünənim, bugünüm, tacım Qarabağ.
 
Yaralı Xocalım, qanlı Xaçınım,
Şuşam, Kəlbəcərim, doğma, Laçınım.
Əsirim, itkinim, evsiz, qaçqınım,
Otuz il qanayan, acım Qarabağ!!
 
Topxanam, Qar-Qarım, Xarı- bülbülüm,
Cıdırda yurd salan bənövşə gülüm,
İsa bulağıyla, Qırxqızım, cölüm,
Yaylağım, düzüm, yamacım, Qarabağ!!
 
Ağsaqqal, ağbirçək, həyat məktəbim,
Sədaqət timsalı Həcərim, Nəbim,
Eşqim, məhəbbətim, ilhamım, təbim,
Səbrim, dəyanətim, gücüm Qarabağ!!
 
Qoca Qafqaza söykəyib bir yanın,
Qarabağ atıdır fəxri dünyanın.
Ormanlar gözəli Cüyür, Ceyranım,
Qartalım, Şahin, Turacım Qarabağ!!
 
Səmənim, Yemliyim, otum alağım.
Həkərim, Tərtərcayım, Şahbulağım,
Hər çiçəyi dərman obam, oylağım,
Təbibim, dərdə əlacım Qarabağ!!
 
Almasın, heyvasın, narın üzdüyüm,
Əməköməncidən muncuq düzdüyüm.
Tənha oynadığım, tənha gəzdiyim,
Olmayan qardaşım, bacım Qarabağ!!
 
Babamdan xatirə, qazma kürəyim,
Uşaqlıq illərim, vuran ürəyim.
Nənəm bişirdiyi, kətəm, çörəyim,
Ocağım, təndirim, sacım Qarabağ!!
 
Yuvam, İmarətim, Muğam beşiyim.
Ağdamım, Çəmənlim, kəndim keşiyim,
Rəhimli axırım, evim, eşiyim,
Son durağım, tezim, gecim Qarabağ!
 
 

BIR YORUM YAZIN

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir